EN

İri neft emalı zavodları üçün materialların idxalının ƏDV-dən azadolma müddəti artırılır

Bakı. Trend:

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının(xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidənqurulması layihələri çərçivəsində avadanlıqların və materiallarınidxalı 2029-cu il yanvarın 1-dək müddətinə ƏDV-dənazad ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan VergiMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən,sözügedən güzəştlər 2021-ci il yanvarın 1-dəntətbiq edilirdi və müddəti 2026-cı il yanvarın1-də başa çatacaqdı.

Chosen
36
5
az.trend.az

6Sources