EN

Paşa Həyat dan Paşa Sığorta ya transfer!

ain.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ruslan Ələkbərov Paşa Sığorta-nın Marketinq departamentinə direktor təyin edilib.

Banco.az-ın məlumatına görə, o, 2020-ci ildən 2025-ci ilin noyabrına qədər Paşa Həyat-da Marketinq Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

2019-cu ilin mayından 2020-ci ilə qədər Marketinq və məhsulun inkişafı şöbəsinin müdiri olub. 

Ruslan Ələkbərov peşəkar fəaliyyətinə İspaniyada başlayıb, sonradan Bank Respublika-da da çalışıb. Həmçinin, İqtisad Universitetin-in MBA fakultəsində Marketinq ixtisası üzrə müəllimlik edib.

Qeyd edək ki, Ruslan Ələkbərov bakalavr təhsilini Bakı Dövlət Universitetində “Business Administration and Management” ixtisası üzrə, magistr təhsilini isə Polşa və Belçikada — University of Wroclaw və Ghent University-də “Managerial Economics” ixtisası üzrə tamamlayıb. Hazırda isə Warwick Business School-da MBA təhsilinə davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
1
banco.az

2Sources