EN

Boyat bayatılar, yaxud “əl içi” profillər

Ölkədə və dünyada baş verən istənilən hadisədən özünə ümid işığı axtaran, bunu tapmayan Əli Kərimli ifşa olunduqca nə qədər dansa da tənhalaşır. 

Onun son vaxtlar ziyalılara, mətbuata yönəlik aqressiv çıxışları da sosial və ictimai dəstəyi tamamilə itirməsi ilə bağlıdır.

Son günlər mətbuatın “Facebook” sosial şəbəkəsi vasitəsilə Əli Kərimlinin özünə hansı formada siyasi xal toplamasını araşdırıb, aşkara çıxarması AXCP sədrinin gizlinlərindən bəzilərinin açılmasına səbəb olub. Bundan hirslənən Kərimli isə mətbuata qarşı "qara piar" kampaniyasına start verib və bütün trollarını bu istiqamətə cəm edib. 

Tribunalarda, telefon çəkilişlərində söz və ifadə azadlığından danışan Əli Kərimlinin mətbuatı hədəf alması onun bəyanatlarının insanları aldatmaq cəhdi olduğunu bir daha təsdiq edir. Bir məqaləyə görə bu qədər aqressivləşən adam sabah imkan sahibi, yaxud əlində hakimiyyət rıçaqı olsa, mətbuata qarşı hansı addımları atar?! 

Bu məqalə reallığı ictimaiyyətə çatdırır. Əli Kərimlinin “Facebook” vasitəsilə özünə məcburi sosial baza toplaması hər kəsə yaxşı məlumdur. Bu, illərdir  deyilir və Əli Kərimlinin öz yaxın ətrafı da bunu dəfələrlə etiraf edib. Yanından ayrılan cəbhəçilərin bu məsələ ilə bağlı onlarla açıqlamaları, müsahibələri var.

Əli Kərimli bunu deyilənləri unudubmu?

O, sosial şəbəkələrdə qeyri-real, təxribatçı paylaşımlarını reklama qoyur və trollarını bu paylaşımların “raskrutkası”na cəlb edir. Hər reklama görə 3 dollar (?) ödədiyini özü də etiraf edir. Bəs burada həqiqət olmayan nədir? Deməli, heç nə. Sadəcə, Əli Kərimli həmişə olduğu kimi həqiqəti qəbul edə bilmir.

Mətbuat həqiqəti yazıb və Əli Kərimli hansı haqla mətbuata hücum çəkir? Digər tərəfdən, dəfələrlə işləmədiyini, sosial vəziyyətinin ağırlığını önə sürən AXCP sədri reklama xərclədiyi dolları haradan əldə edir? Bu sualın da cavabı aydındır - xaricdəki havadarlarından. Daha dəqiq desək, Qərbdən, xüsusən də Fransadakı anti-Azərbaycan mövqeli himayədarlarından. O havadarlardan ki, ona fəaliyyət istiqaməti verir, tezis göndərir, taktikasını müəyyənləşdirilər.

Bu tezilər və taktikaları icra etməklə isə Əli Kərimli onların maraqlarını ifadə edən bir siyasi şoumenə çevrilir. 30 ildən çoxdur BOYAT bayatıları təkrarlayır. Özü olmayanda da Qənimət Zahidə oxudur. 

Əli Kərimlini cəmiyyət dinləmək istəmir, boş məzmunlu hay-küylərlərinə reaksiya vermir. Bu zaman onun dadına radikal-populist məzmunlu paylaşımlarını zorla sırımaq çatır. Bunun xərcini isə havadarlarından alır və onların maraqlarını ifadə edir. Nəticədə Əli Kərimli sosial şəbəkələr üzərindən məcburən insanların evlərinə, mobil telefonlarına müdaxilə edir. Yəni zorla insanları məcbur edir ki, onu dinləsinlər, paylaşımlarını görsünlər. 

Əli Kərimlinin özünün və yanındakı şəxslərin hər birinin yüzlərlə saxta profilə sahib olduğu, zaman-zaman həmin profillər də daxil omaqla “trol yürüşü”nə çıxdığı, bir profillə yazıb, digər profillərlə yazdığını bəyəndiyi haqqında artıq əfsanələr dolaşır. Rəhbərlikdə olanların 50-200, sıravilərin ən azı 10-20 profilinin olması xüsusi missiya kimi qarşıya qoyulurdu. Paylaşımlara kütləvi, çəyirtkə sürüsü kimi  hücum çəkmək siyasi fəaliyyətin pik həddi sayılırdı.

Bunu heç Əli Kərimlinin yaxın ətrafı da danmır, hətta bəzən sosial şəbəkə “hadisələrinin” qurbanı da olurlar. Buna görə də bu barədə yazan mətbuata hücum etmək, ona uzun-uzadı status həsr etmək yerinə faydalı bir faəliyyət daha effektli olardı.  Lakin Kərimli köhnə şakərindən əl çəkmir. Hikkəli davranışı isə onun küncdə-bucaqda ilişib qalan nüfuzunu da itirməsinə səbəb olur, getdikcə daha çox ifşa olunur. 

Əli Kərimli heç vaxt bu xalqın gündəmində olmayıb. Nə meydan hərəkatında, nə də ondan sonrakı dövrdə. İndi ümidini bağladığı sosial şəbəkələrin də heç bir faydası yoxdur. Əlinin altında yüzlərlə “əl içi” profil olsa da...

Chosen
11
1
cebheinfo.az

2Sources