EN

Oklahoma Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

ain.az, Ayna portalına istinadən məlumat yayır.

Azərbaycanla ABŞ-ın Oklahoma ştatı arasında ikitərəfli hərbi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi müzakirə edilib

ABŞ-ın Oklahoma Milli Qvardiyasının Birgə Qərargahlar rəisi briqada generalı Kolbi Uaytın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

ABŞ nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanov ABŞ nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanla ABŞ-ın Oklahoma ştatı arasında ikitərəfli hərbi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər müzakirə edilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
22
ayna.az

10Sources