“Qurban Qurbanov tarixi bir şəxsiyyətdir.
O, Azərbaycan futbolu tarixində heç vaxt adı silinməyəcək böyük bir insandır.
Eşitməmişəm, amma belə bir fikir olsa, dəstəkləyərəm”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ” – “Çelsi” oyunundan sonra Ağdam təmsilçisinin Prezidenti Tahir Gözəl jurnalistin “Azərsun Arena”nın adı Qurban Qurbanov adına stadion olmalıdır?” sualını cavablayarkən deyib.
“Qarabağ” Çempionlar Liqasının dördüncü turu çərçivəsində İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesabı ilə bərabərliyə razılaşıb.