EN

ABŞ-ın Oklahoma Milli Qvardiyasının nümayəndə heyəti ölkəmizdə səfərdədir  

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Oklahoma Milli Qvardiyasının Birgə Qərargahlar rəisi briqada generalı Kolbi Uaytın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, ABŞ nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov ABŞ nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanla ABŞ-ın Oklahoma ştatı arasında ikitərəfli hərbi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər müzakirə edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Chosen
10
22
azerbaijan-news.az

10Sources