EN

"Barselona" azarkeşlərini daşıyan avtobus yandı

Belçikada Çempionlar Liqasının “Brügge” - “Barselona” oyunu öncəsi xoşagəlməz hadisə baş verib.

Publika.az “AS” nəşrinə istinadla xəbər verir ki, matça gedən ispaniyalı azarkeşləri daşıyan avtobus yanıb.

Mənbənin məlumatına görə, azarkeşlər hadisə zamanı vaxtında avtobusu tərk ediblər və xəsarət alan olmayıb. Yanğının pirotexniki vasitələrdən qaynaqlandığı ehtimal edilir.

“Barselona” klubunun məlumatına əsasən, insidentdən sonra azarkeşləri pulsuz daşıyan avtobuslar ləğv edilib. Fanatlar geri dönüş üçün xərcləri özləri ödəməli olacaqlar.

Qeyd edək ki, “Yan Breydel” stadionunda keçirilən oyun 3:3 hesabı ilə başa çatıb.

Chosen
34
publika.az

1Sources