EN

UEFA reytinqi: Azərbaycan Serbiyaya yaxınlaşdı

Azərbaycan UEFA reytinqində Serbiyaya daha da yaxınlaşıb.

Msport.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə heç-heçə etməsi (2:2) sayəsində mümkün olub.

25-ci pillədə qərarlaşan Azərbaycanın əmsalı 22.250-yə çatıb. 24-cü yerdəki Serbiyanın 22.375 əmsalı var. Sloveniya isə 21.718 əmsalla 26-cıdır.

Qeyd edək ki, UEFA reytinqində İngiltərə (100.227) ilk sıraradadır.

Chosen
8
5
msport.az

10Sources