EN

Zaur İbrahimli: QHT-lər Qərbi Azərbaycan mövzusunda elmi və maarifləndirici işi gücləndirməlidir

Bakı, 6 noyabr, AZƏRTAC

AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin milli toponimlərlə əlaqədar məsələnin üzərində xüsusi dayandı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai müzakirədə söyləyib.

O, həmçinin əlavə edib: "Bu yaxınlarda XVIII əsrdə yaşamış türkmanəsilli müəllif Əbdürrəzaq Növrəsin 1731-ci ildə İrəvan şəhərindəki vəziyyəti təsvir edən "Tarixçeyi-Növrəs" əsəri ilk dəfə Bakıda nəşr edilib. Əsərdə İrəvan əhalisinin Azərbaycan türkləri olması bir daha təsdiqlənir. Toponimlər sırf Azərbaycan dilindədir. Bu tarixi əsərdə heç bir erməni toponiminə rast gəlinmir. Bu gün Azərbaycan QHT-ləri də dövlətimizin başçısının çağırışlarına uyğun olaraq, Qərbi Azərbaycan mövzusunda yeni elmi əsərlərin üzə çıxarılmasında, maaarifləndirmə işlərində daha fəal olmalıdır".

Chosen
8
3
azertag.az

4Sources