EN

Pokrovsk uğrunda ölüm-dirim savaşı gedir

Donetsk vilayətinin Pokrovsk istiqamətində ağır döyüşlər davam edir.

Modern.az xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatına görə, Ukrayna qüvvələri Dobropolye yaxınlığında müəyyən taktiki uğurlar əldə edib, lakin Pokrovsk ətrafında Rusiya ordusunun irəliləməsi davam edir.

İnstitutun məlumatında deyilir ki, geolokasiya edilmiş videolara əsasən Ukrayna bölmələri Şaxovonun şimal-şərq və cənub-şərq istiqamətində irəliləyiblər.

Bununla belə, Rusiya qüvvələri də Pokrovsk rayonunda bir sıra lokal uğurlar əldə edib. 5 noyabr tarixli videogörüntülər Rodinsk şəhər soveti binasının qərb hissəsində rus bölmələrinin irəlilədiyini göstərir. Rusiya mənbələri həmçinin Pokrovskun şimal-şərq hissəsində, eləcə də Qrışino və Suxetske ərazilərində döyüşlərin davam etdiyini bildirir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib ki, son sutka ərzində rus ordusu Pokrovsk istiqamətində 93 dəfə Ukrayna müdafiə xəttini yarmağa cəhd edib. Hücumlar Mayak, Nikanorovka, Fedorovka, Pokrovsk, Lisovka, Zvirivo, Novopavlovka, Kotlinoe, Udaçnoye, Novosergiyevka və Yalta ətrafında qeydə alınıb.

Fransanın "Le Monde" nəşrinin yazdığına görə, Rusiya qüvvələri Pokrovsku şimaldan mühasirəyə alıb, cənub və şərq istiqamətlərindən isə şəhərə daxil olublar.

Chosen
37
3
modern.az

4Sources