EN

“Bu komanda ilə qürur duymaq lazımdır” (AÇIQLAMA)

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Çelsi” ilə heç-heçə edib – 2:2.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında nəticəni şərh etdi:

“Möhtəşəm “Qarabağ” gördük. Bu komanda ilə qürur duymaq lazımdır. “Çelsi” kimi rəqibə göstərdiyi oyun göstərir ki, “Qarabağ” pillə-pillə qalxıb. Artıq top komandalara qarşı yaxşı oynaya bilirik.

Matçın çətin olacağı gözlənilən idi. İlk dəqiqələrdən rəqib pressinq etdi, qol vurdu. Buna baxmayaraq, “Qarabağ” elə ilk hissədə geridönüş edə bildi. Ümumiyyətlə, oyunu iki hissəyə bölmək olar. Birinci hissədə güclü təzyiq göstərən “Qarabağ” var idi. Məhz qolları da bu pressinq nəticəsində etdilər”.

Mütəxəssis ikinci hissədə “Qarabağ”ın əks-hücumlarda oynadığını qeyd etdi. O, “atlılar”ın pley-off mərhələsinə vəsiqə şanslarına da toxundu:

Lakin fasilədən sonra fiziki durum öz sözünü dedi. Bu, “Qarabağ”ın fiziki durumunun zəif olduğu mənasına gəlməsin. “Çelsi” Premyer Liqada oynayır və daim sürətli matçlar keçirir. İkinci hissədə “Qarabağ” əks-hücumlarla təhlükə yarada bilirdi.

Bu nəticədən sonra komandanın “24-lüy”ə düşmək şansı artıb. Daha çox xal toplayıb, ilk 8 komanda arasına da girmək olar. Bu uğurlar Qurban Qurbanovun taktiki sxemi, futbolçuların nizam-intizamına görədir”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
futbolpress.az

1Sources