EN

Araq, siqaret və enerji içkiləri bahalaşacaq

AzVision.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, içməli spirtin, arağın (vodka), tündləşdirilmiş içkilərin və tündləşdirilmiş içki materiallarının, likyor və likyor məmulatlarının, eləcə də konyak və konyak materiallarının hər litrinə görə aksiz dərəcələrinin 4,8 manatdan 5 manata çatdırılması nəzərdə tutulur.

Təklif olunan digər dəyişikliyə əsasən, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar), eləcə də tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədin aksiz dərəcələrinin 45,5 manatdan 55 manata çatdırılması nəzərdə tutulur.

Alkoqolsuz energetik içkilərinin isə hər litrinə görə aksiz dərəcələrinin 3,1 manatdan 3,3 manata, eləcə də tündləşdirilməmiş alkoqollu içkilərin (tərkibindəki spirtin miqdarı 9 %-dən çox olmayan) hər litrinə görə aksiz dərəcələri 0,4 manatdan 0,5 manata çatdırılması nəzərdə tutulur.

AzVision.az
Chosen
9
7
azvision.az

8Sources