EN

Xəstələri öldürən tibb işçisi ömürlük HƏBS OLUNDU

Almaniyada tibb işçisi 10 xəstəni öldürdüyünə görə ömürlük cəza alıb.

İnterpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məhkəmə araşdırması onun xəstələrə qəsdən yüksək doza dərman vurduğunu təsdiqləyib.

Almaniyada tibb işçisi 10 xəstəni morfin və midazolamın ölümcül dozasını vuraraq öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilib.

İstintaqa görə, o, gecə növbələrində “özünə yükü azaltmaq” məqsədi ilə bu addımı atıb.

Prokurorluq daha çox qurbanın olub-olmadığını müəyyənləşdirmək üçün eksqumasiya aparır. Yeni istintaqın başlanması istisna edilmir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
36
interpress.az

1Sources