EN

Nazir: Son beş ildə qeyri-neft sektorunda nominal artım 36 milyard manat təşkil edir

BAKI, 6 noyabr. TELEQRAF
2026-cı ildə Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 134.1 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 2.9% real artım deməkdir. Onun sözlərinə görə, son beş ildə nominal ÜDM 36.7 milyard manat (39.3%) artıb, real artım isə 19% təşkil edib".
Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.
O qeyd edib ki, qeyri-neft ÜDM 2026-cı ildə 101.7 milyard manat olacaq və bu da 5% real artım deməkdir:
“Son beş ildə qeyri-neft sektorunda nominal artım 36 milyard manat və ya 62.7%, real artım isə 34% təşkil edib”.
Nazir bildirib ki, 2026-cı ilin büdcə proqnozları hazırlanarkən neftin bir barelinin orta ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 4.8%, manatın məzənnəsi isə 1.7 manat səviyyəsində nəzərdə tutulub: “2025-ci ilin 1 oktyabr tarixinə dövlət borcu 25.4 milyard manat və ya ÜDM-in 19.5%-i səviyyəsindədir. Bu göstərici ilin əvvəli ilə müqayisədə 2.2 faiz bəndi azdır. 2026-cı ilin sonuna bu nisbətin 21.8%, 2029-cu ilə isə 21.2% səviyyəsində qalacağı proqnozlaşdırılır. Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinə görə ən aşağı göstəriciyə malik 20 ölkə arasında yer alır”.

Chosen
30
1
teleqraf.com

2Sources