EN

DVX rəisi: Məcəlləyə vergi nəzarətinin və şəffaflığın artırılmasını nəzərdə tutur

Vergilər Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər paketi 2026-cı ildən etibarən tətbiqi nəzərdə tutulan büdcə-fiskal çərçivə ilə uzlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətimin rəisi Orxan Nəzərli Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deyib:

"Bununla yanaşı, təkliflər “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq dövlət büdcəsinin dayanıqlığının təmin edilməsi, strateji sahələrin inkişafının stimullaşdırılması, investisiya mühitinin və kapital qoyuluşlarının artırılması hədəfləri nəzərə alınmaqla hazırlanıb. Eyni zamanda, layihədə ölkə Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələrək Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı çərçivəsində vergi və sosial sığorta güzəştlərinin tətbiqi, balıqçılıq və kənd təsərrüfatı sektoruna dövlət dəstəyinin genişləndirilməsi kimi tapşırıqlar da nəzərə alınıb. Təkliflər layihəsi həmçinin muzdlu iş üzrə mövcud vergi güzəştlərinin 2026-cı ildən sonrakı dövrə tənzimlənməsi, aksiz siyasətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, yerli avtomobil istehsalının təşviqi, idxaldan asılılığın azaldılması və daxili bazarın qorunması, vergi nəzarətinin və şəffaflığın artırılması, eləcə də qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsini nəzərdə tutur".

Chosen
37
8
teleqraf.com

1Sources