Â
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və tabeliyində olan müəssisələr ehtiyac olan İKT və məişət avadanlıqlarını ala bilmir.
Â
Pravda.az-ın xəbərinə görə, buna səbəb elan olunan tenderin ləğv edilməsidir.
Â
Səbəb isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Â
Tenderin ümumi dəyəri 715 598 AZN olub.
Â
Cabir
Tarix: 6 Noyabr 2025, 12:11Â Â Â