Trendyol Super Liqasının 18-ci həftəsində "Fənərbağça" və "Qalatasaray" komandaları üz-üzə gəlib.
"Ülkər" stadionunda keçirilən qarşılaşma 0:0 hesablı bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra hər iki komanda xallarını 44-ə yüksəldib. “Fənərbağça” top fərqi ilə liderliyini davam etdirərkən, “Qalatasaray” həftəni ikinci pillədə başa vurub./APA
Tarix: 24 Dekabr 2023, 22:22