EN

"Qarabağ” “Zenit” və “Spartak”dan güclüdür" - Vaqif Cavadov

"Qarabağ"ın sabiq futbolçusu Vaqif Cavadov Rusiya mətbuatına açıqlamasında Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının IV turunda Londonun “Çelsi”si ilə görüşünün nəticəsini şərh edib.

Fanat.Az xəbər verir ki, "Leqalbet" azərbaycanlı veteran futbolçunun fikirlərini belə çatdırıb: 

"Qarabağ yüksək formadadır. Bu performansı və Çempionlar Liqasındakı nəticəsini nəzərə alsaq, onların "Zenit" və "Spartak"dan daha güclü olduğunu düşünürəm. "Çelsi" "Qarabağ"dan bu cür çıxış gözləmirdi". 

Qeyd edək ki, "Qarabağ" ötən axşam Bakıda İngiltərə nəhəngi ilə 2:2 hesablı heç-heçə edib. Təmsilçimiz 7 xalla ÇL-in Liqa mərhələsinin turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. Azərbaycan komandası noyabrın 25-də baş tutacaq növbəti görüşdə "Napoli" ilə qarşılaşacaq.

Mirağa

Chosen
27
1
fanat.az

2Sources