EN

Tramp Cənubi Afrikada keçiriləcək G-20 Zirvəsinə qatılmayacağını açıqladı

Tramp Cənubi Afrikada keçiriləcək G-20 Zirvəsinə qatılmayacağını açıqladı

Cənubi Afrikada 22–23 noyabr tarixlərində keçiriləcək G-20 Zirvəsinə qatılmayacağını bildirən ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikanın G-20-də yer almamalı olduğunu deyib.

ABŞ Prezidenti Tramp Mayamidə keçirilən “Amerika Biznes Forumu”nda çıxış edib.

Tramp çıxışında 22–23 noyabrda Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G-20 Zirvəsində iştirak etməyəcəyini bildirib və “Cənubi Afrika G-20-də olmamalıdır”, – deyə vurğulayıb.

ABŞ Prezidenti Cənubi Afrikada baş verən bəzi hadisələri əsla təsdiqləmədiyini qeyd edib, lakin konkret olaraq nəyə istinad etdiyini açıqlamayıb.

Mayda Ağ Evdə Cənubi Afrika Prezidenti Siril Ramafosanı qəbul edən Tramp Oval Ofisdə verdiyi açıqlamada Cənubi Afrikada ağdərililərə qarşı ciddi cinayətlər törədildiyini və hökumətin bunların qarşısını almadığını iddia etmişdi.

Prezident Ramafosa isə ölkədə cinayət səviyyəsini nəzarətdə saxlamağa çalışdıqlarını və yalnız ağdərililəri hədəf alan cinayətlərin törədildiyi iddialarını qəbul etmədiklərini bildirmişdi.

Chosen
50
afn.az

1Sources