EN

İqtisadi artıma təsir edən mühüm amillər - Nazir müavini

Yazını böyüt
Yazını kiçilt

"Ümumi daxili məhsulun (ÜDM) növbəti ildə 2.9%, 2026-2029-cu illərdə orta illik hesabla 3.5%, ÜDM-in qeyri-neft-qaz sektorunda payının növbəti və ortamüddətli dövrdə isə orta illik hesabla 5% ətrafında artacağı proqnozlaşdırılır".

Hafta.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.

O bildirib ki, iqtisadi artıma təsir edən mühüm amillərdən biri neft-qaz hasilatıdır:

"Ümumilikdə, 2026-cı ildə neft hasilatının 27.6 mln. ton, əmtəəlik qaz hasilatının 38 mlrd. kubmetr olacağı proqnozlaşdırılır. Məlum olduğu kimi, ölkə başçısının müvafiq sərəncamına əsasən "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması istiqamətdə intensiv işlər görülür. Bu sənədlərin reallaşması ölkə iqtisadiyyatının mənzərəsində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq, xüsusilə prioritet sahələrdə iqtisadi artım templəri sürətlənəcək, iqtisadi artımın və məşğulluğun dayanıqlığı daha da artacaq".

Chosen
30
hafta.az

1Sources