EN

"Qarşıda ölkəmizin davamlı inkişafı üçün önəmli çağırışlar var"

Yazını böyüt
Yazını kiçilt

"Ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarların dəstəklənməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu addımlar qeyri-neft sənayesinin inkişafına, iri şəhərlərdə, eləcə də bölgələrdə yeni istehsal və emal müəssisələrinin, iş yerlərinin yaradılmasına stimul verir".

Hafta.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.

O bildirib ki, bununla yanaşı, qarşıda ölkəmizin davamlı inkişafı üçün önəmli çağırışlar var:

"2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ümumi daxili məhsulun (ÜDM) 3.3% artması gözlənilir. ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6.1% olacağı gözlənilir ki, bu da strategiya ilə müəyyən olunmuş hədəfdən yüksəkdir".

Chosen
40
hafta.az

1Sources