EN

Almaniyada müəmma: Hitlerin sevimli simvolu üzə çıxdı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniyanın Hanau şəhərində naməlum şəxslər 50-yə yaxın avtomobil və binanın fasadlarına qanla svastikalar çəkiblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.

Bildirilib ki, noyabrın 5-də axşam saatlarında sakinlərdən biri bu barədə polisə məlumat verib.

“Hüquq-mühafizə orqanları əraziyə baxış keçirən zaman digər avtomobillərdə, binalarda və poçt qutularında svastika aşkar edib. Svastikanın rənglənməsi üçün istifadə edilən maddə yoxlanılıb, onun insan qanı olduğunu üzə çıxıb. Faktla bağlı cinayət işi açılıb”, – deyə bildirilib.

Qeyd edək ki, Adolf Hitler və onun partiyası 1920-ci illərdə bu simvolu (svatiska) öz ideologiyasında əsas element kimi qəbul edirdilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
globalinfo.az

1Sources