EN

“Qarabağ” 55 milyondan çox qazanıb

“Qarabağ” 55 milyondan çox qazanıb

Çempionlar Liqasında “Çelsi” ilə heç-heçə edən “Qarabağ” bərabərliyə görə 750 min avro qazanc əldə edib.

AFN.az xəbər verir ki, 4 oyunda 7 xal toplayan (2 qələbə, 1 heç-heçə) Azərbaycan çempionunun bu mövsüm əsas mərhələdəki ümumi qazancı 4,95 milyon avro olub.

“Qarabağ”ın cari “futbol ili” üzrə turnirdən ümumi qazancı isə 28,65 milyon avro (təxminən 56 milyon manat) təşkil edir.

UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanan komandaya 23 milyon 700 min avro, hər qələbəyə 2 milyon 100 min avro, heç-heçəyə isə 750 min avro ödəniş edilir.

Chosen
33
5
afn.az

6Sources