EN

Büdcədən onkoloji xəstələrə dərmanların alınması üçün vəsaitin artırılması təklif olunub

Dövlət büdcəsindən onkoloji xəstələrə dərmanların alınması üçün vəsaitin artırılması təklif olunub.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, icbari tibbi sığortadan gözləntilər çoxdur: “Ambulator müalicə alan xəstələr hələ də dərmanla təmin olunmurlar. Baxmayaraq ki, biz qanuna dəyişiklik etmişik, bu problem qalmaqdadır. İkincisi, ilkin səhiyyə yardımları ilə bağlı problemlər var. Bu problem bölgələrdə, ucqar kəndlərdə özünü daha çox büruzə verir. Kəndlərdə ilkin səhiyyə xidmətiləri ya yoxdur, ya da yararsız vəziyyətdədir. Onkoloji xidmətlə bağlı da problemlər var. Büdcədən ayrılan vəsait xəstələrin adekvat müalicəsi üçün yetərli deyil. Bu xəstələri müalicə etmək üçün ehtiyac duyulan dərmanların qiymətləri kifayət qədər yüksəkdir. Ayrılan vəsait bu dərmanların Azərbaycana alınıb gətirilməsinə kifayət etmir. Bu sahəyə əlavə vəsaitin ayrılmasına ehtiyac var”.

Chosen
31
4
apa.az

5Sources