UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turundan sonra turnirdə növbəti mərhələyə yüksəlmək şansları ilə bağlı ehtimallar yenilənib.
Teleqraf xəbər verir ki, yenilənən siyahıda "Qarabağ"ın pley-off mərhələsinə yüksəlmək şansı 73%-dır.
Ağdam təmsilçisinin birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanmasına isə 1% ehtimal verilib.
Siyahıya İngiltərənin "Arsenal" klubu başçılıq edir. "Topçular"ın 1/8 final mərhələsinə yüksəlmək fürsəti 99%, ilk "24-lüy"ə düşməsi isə 100%-dır.
Türkiyə çempionu "Qalatasaray"ın pley-offa vəsiqə qazanmaq imkanı 99%, 1/8-ə isə 26%-dır.
Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasında "Napoli", "Ayaks", "Ayntraxt Frankfurt" və "Liverpul"la oyunları qalıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk dörd turdan sonra 7 xalla 15-ci pillədə qərarlaşıb.