EN

Avstraliyada 3-cü “Arafura” sinifli patrul gəmisi suya salınıb

Qərbi Avstraliya ştatındakı Henderson gəmiqayırma zavodunda “Pilbara” adlı 3-cü “Arafura” sinifli okean patrul gəmisi suya salınıb.

Herbiand.az bildirir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat verib.

“Pilbara” gəmisi SEA-1180 Phase-1 layihəsinin bir hissəsi olaraq gəmiqayırma zavodunda inşa ediləcək 4 gəmidən birincisidir. Ardınca “Gippsland”, “Illawarra” və “Carpentaria” gəmiləri də suya salınacaq.

12 okean patrul gəmisinin tikintisi üçün müqavilə 2018-ci ildə Avstraliya Müdafiə Nazirliyi ilə Luerssen Australia arasında imzalanıb. Müqavilənin dəyəri 3,6 milyard Avstraliya dolları təşkil edir. Lakin gecikmələr səbəbindən proqram yenidən nəzərdən keçirilib və Avstraliya hökuməti sifarişi 2024-cü ildə 6 gəmiyə endirib.

“Arafura” sinifli gəmilər Avstraliya Kral Donanmasının köhnəlmiş patrul qayıqlarını və dəstək gəmilərini əvəz etmək üçün nəzərdə tutulub. Onlardan dəniz sərhədlərini qorumaq, humanitar missiyalarda iştirak etmək və təbii fəlakətlərə cavab vermək üçün istifadə olunacaq.

Bəxtiyar CƏFƏRLİ

Chosen
55
herbiand.az

1Sources