EN

Qarabağ Universitetinin tələbələrindən nümunəvi addım FOTOLAR

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Noyabrın 6-da Xankəndi şəhərində keçirilən Zəfər Gününə həsr olunmuş hərbi yürüşdə Qarabağ Universitetinin bir qrup tələbəsi, işğaldan azad edilən rayonların adları yazılmış köynəklər geyiniblər. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, tələbələr özlərini “azad Qarabağın gəncləri” kimi təqdim edərək, şəhərdən keçən hərbiçiləri alqışlarla və coşqu dolu şüarlarla salamlayıblar.

Bu mənzərə Qarabağda həyatın bərpası, gəncliyin milli ruhda yetişməsi, azad torpaqlarda təhsilin, mədəniyyətin yenidən dirçəlişinin və Xankəndinin gənclər şəhəri kimi tanınacağının bariz nümunəsi  kimi qiymətləndirilir. 

Tələbələrin bu addımı həm yürüş iştirakçıları, həm də şəhər sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Xankəndidə səslənən gənclərin “Biz azad Qarabağın tələbələrik!” sözləri Zəfər Gününün ruhunu daha da gücləndirib.

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
42
2
cebheinfo.az

3Sources