EN

Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə əsaslı xərclər artıb

Bakı. Trend:

2025-ci ilin ilk üç rübü ərzində “BTC Ko.” şirkəti“Bakı-Tbilisi-Ceyhan” neft boru kəməri üzrə əməliyyat xərclərinətəxminən 97 milyon dollar, əsaslı xərclərə isə 50 milyon dollarvəsait xərclənmişdir.

Bu barədə Trendbp-yə istinadla xəbər verir.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə əməliyyat xərcləri 104milyon dollar, əsaslı xərclər isə 28 milyon dollar təşkil etmişdi.Beləliklə, illik ifadədə əməliyyat xərcləri 6,7 faiz azalıb, əsaslıxərclər isə 1, 8 faiz artıb.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyunayında istismara veriləndən 2025-ci ilin sentyabr ayının sonunadəkbu boru kəməri vasitəsilə ümumilikdə təqribən 613 milyon ton (4,6milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6078tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

“BTC Ko.”nun səhmdarları bunlardır: bp (30,10%), SOCAR (32,97%),MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%),İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS(2,50%) şirkətləridir.

Məqalədə:
Chosen
41
1
az.trend.az

10Sources