EN

Daha bir qonşu ölkədə Zəngəzur dəhlizi rəqib elan edildi: Hazırlıqlı olmalıyıq

BAKI, 6 noyabr. TELEQRAF

“Tramp yolu” (və ya Zəngəzur dəhlizi) region üçün mühüm təşəbbüsdür, amma bu, Gürcüstandan keçən mövcud marşrutların potensial rəqibidir”.

Teleqraf xəbər verir ki, bunu gürcü ekspert Paata Saqareişvili deyib.

Ekspertin sözlərinə görə, layihə hansı yük axınlarının yeni marşruta yönəldilə biləcəyini müəyyən etmək üçün ətraflı təhlil tələb edir: “Hazırda hansısa yekun nəticə çıxarmaq hələ tezdir”.

Saqareişvili qeyd edib ki, layihənin həyata keçirilməsi Azərbaycan və Türkiyə üçün sərfəli ola bilər:

“Bu ölkələr gömrük siyasəti və daşımaların həcmini tənzimləmək imkanı əldə edəcəklər, çünki hər iki dəhliz Qars şəhərində kəsişir. Bu isə onlara əlavə üstünlük qazandırır”.

O həmçinin bildirib ki, Gürcüstan əvvəlcədən logistika axınlarında mümkün dəyişiklikləri qiymətləndirməli, infrastrukturunu uyğunlaşdırmalı və nəqliyyat marşrutlarının rəqabət qabiliyyətini qorumağa çalışmalıdır.

“Tramp yolu” Cənubi Qafqazda yükdaşıma balansını dəyişə bilər”, - Paata Saqareişvili əlavə edib.

Chosen
22
teleqraf.com

1Sources