Məsumə adlı qadın atasının başqa arvaddan olan qızının axtarışı ilə bağlı "Səni axtarıram" verilişinə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, Məsumə Küveytdən Azərbaycana gələrək bacısı Tamillanın axtarışına çıxıb. O, bildirib ki, atası Tamillanın axtarışına çıxa da heç bir nəticə əldə edə bilməyib.
Məsumənin dediyinə görə, Tamillanın anası atasının ayrılığına dözməyərək özünü dənizə ataraq intihar edib.