EN

“Yaşım az idi, məni aldadıb efirə çağırırdılar” – Üzeyir Mehdizadə

Müğənni Üzeyir Mehdizadə üzünə gülüb, dalınca danışanlarla necə mübarizə apardığını açıqlayıb.

Doğru.az “axşam.az”a istinadən “Günə uğurla” verilişində qonaq olan ifaçı bildirib:

“Əksəriyyətini bu düşüncə ilə ötüşdürürəm ki, hər bir kəs səhv edə bilər. Mən ümumiyyətlə demirəm ki, haqqımda düşünənlər səhv edir. Çünki hər kəsin öz fikri, öz baxışı var. Mahnılarım haqqında da kimsə mənfi fikirdə ola bilər. Əgər kimsə bilmədən arxamızca danışır, haqqımıza girirsə, düşünürəm və ümid edirəm ki, nə vaxtsa doğru yolu tapar. Buna görə də onların arxasınca çox düşmürəm.”

Sənətçi səbrin əhəmiyyətindən də danışıb:

“Allah bizə buyurub ki, səbrli olaq. Mən də səbrin niyə bu qədər tövsiyə olunduğunu araşdırmışam. Səbr etməyən insan idarəetməni itirir, gülünc və ya acınacaqlı vəziyyətə düşə bilər. Amma normal halda bu baş verməz. Səbrim var, amma bunu asan sanmasınlar.”

Üzeyir Mehdizadə etiraf edib ki, qarşısına qoyduğu məqsədə çatmaq üçün çox çətinliklərdən keçib:

 “Məqsədimə çatanda artıq travmalar almışdım. O vaxt məni aldadıb efirə çağırırdılar, 19-20 yaşım var idi. Özümü böyük hesab edirdim, amma indi anlayıram ki, çox gənc idim. Bəzi insanlar bundan istifadə edirdilər.”

Sonda isə sənətçi vurğulayıb ki, yeni gələn insanlara münasibət qurarkən mənfi tərəfləri axtarmaq düzgün deyil və bu, cəmiyyətdə sağlam münasibətlərin formalaşmasına kömək edər.

DOĞRU.AZ

Chosen
66
1
dogru.az

2Sources