EN

“Sovetski”də obyekt sahibindən xəbərsiz sökülüb; qurumlar məsuliyyətdən yayınır VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Murtuza Muxtarov küçəsində mülkiyyətlə bağlı maraqlı hadisə baş verib.

Avtosfer.az xəbər verir ki, vətəndaşın iddiasına görə ona məxsus obyekt xəbərdarlıq edilmədən sökülüb. Mülkiyyətçi bildirir ki, obyektin içərisində şəxsi əşyaları olub:

“Bura mənim obyektimdir, içərisində evdəki bəzi əşyaları saxlayırdım. Obyekt hazırda istifadə edilməsə də, mənim xəbərim olmadan gəlib söküblər,” – deyə vətəndaş bildirib.

Onun sözlərinə görə, hadisə anı ərazidə quraşdırılmış təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Mülkiyyətçi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəyini və obyektinin hansı əsasla söküldüyünün araşdırılmasını tələb etdiyini bildirib.

Hazırda hadisə ilə bağlı dəqiq məlumatın kim tərəfindən və hansı göstərişlə söküntü işlərinin aparıldığı barədə rəsmi açıqlama verilməyib.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
avtosfer.az

1Sources