EN

Deputatdan ambulator müalicə alan xəstələrlə bağlı TƏKLİF

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Həllini gözləyən məsələlərdən biri ambulator müalicə alan xəstələrin dərman vəsaiti ilə təminatının icbari tibbi sığorta ilə qarşılanmasıdır”.

Gununsesi.info  xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.

Komitə sədri bildirib ki, bununla bağlı “Tibbi sığorta haqqında” Qanunda dəyişikliklər də edilib:

“Təəssüf ki, bu məsələ hələ bugünədək öz həllini tapmayıb. Mən istərdim ki, 2026-cı ildə bu məsələ öz həllini tapsın. Çünki ambulator müalicə alan xəstələr bunu böyük səbirsizliklə gözləyirlər”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
icma.az

1Sources