EN

Rusiyadan Azərbaycan vasitəsilə yeni mal partiyalarının idxalı üçün müraciətlər var Paşinyan

ain.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyadan Azərbaycandan keçməklə dəmir yolu ilə malların idxalı üçün yeni müraciətlər daxil olur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə ilk taxıl qatarının gəlməsini şərh edərkən bildirib.

Noyabrın 5-də axşam saatlarında Rusiyadan taxıl qatarı təxminən 35 ildə ilk dəfə Ermənistana gəlib. Qatar Azərbaycan və Gürcüstan ərazisindən keçib.

"Əvvəlcə Qazaxıstandan qatarın gəlməsi planlaşdırılırdı, lakin sonradan məlum oldu ki, Azərbaycan da Rusiya yükləri üçün bu variantı təqdim edir. Hazırda bu marşrutla Rusiyadan müəyyən kateqoriyalı malların idxalı üçün müraciətlərə baxılır", - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, yüklərin Azərbaycan üzərindən Ermənistana çatdırılmasının yeni imkanları nəzərə alınmaqla yük axınları yenidən bölüşdürülür. Baş nazir Qazaxıstan qatarı gələnə qədər Rusiyadan əlavə yüklərin mümkünlüyünü istisna etməyib.

"Vəziyyət dinamikdir - yeni müraciətlər daxil olur. Həmçinin Ermənistandan Rusiya, Qazaxıstan və digər ölkələrə əks yük axınının necə təşkil oluna biləcəyini yoxlamaq lazımdır", - o əlavə edib.

Paşinyan dəmir yolu daşımalarının bərpasının mühüm hadisə olduğunu vurğulayıb və xatırladıb ki, Ermənistan Türkiyə və Azərbaycan yük maşınlarının Marqara-Kornidzor marşrutu ilə tranzitini təmin etməyə hazırdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
1
operativmm.az

1Sources