EN

Zelenski: "Rusiya Ukraynaya PUA-larla hücum edib, yaralılar var"

Ötən gecə Rusiya Ukraynanın şəhərlərinə 135 zərbə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

"Cebheinfo.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, ən intensiv atəşə Dnepr vilayəti məruz qalıb. Kamenski şəhərinə hücum nəticəsində səkkiz nəfər yaralanıb, yaşayış binası və dəmiryolu infrastrukturu zədələnib. Dağıntılar altından beş nəfər çıxarılıb.

Hücumlar, həmçinin Sumı, Xarkov və Çerniqov vilayətlərini də hədəfə alıb. V.Zelenski qeyd edib ki, hücumların hədəfi kritik infrastruktur olaraq qalır. Fəsadların aradan qaldırılması üzrə iş aparılır.

Dövlət başçısı Rusiyaya təzyiqin davam etdirilməsinin vacibliyini vurğulayıb: "ABŞ, Avropa və "Böyük Yeddiliy"in Rusiyanın ticarət və maliyyə sahələrinə sanksiya, eləcə də rüsumları davam etdirməsi son dərəcə vacibdir. Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar qəbul etmək vaxtı çatıb".

"Cebheinfo.az"

Chosen
19
3
cebheinfo.az

4Sources