EN

"Qarabağ"ın 10 illik həsrəti bitdi

UEFA Çempionlar Liqasının 4-cü turunun "Çelsi" ilə oyununda "Qarabağ" 10 illik həsrətə son qoyub.

Publika.az xəbər verir ki, "zadəganlar"la 2:2 hesablı heç-heçə edən Ağdam klubu 2015-ci ildən sonra ilk dəfə İngiltərə klublarını məyus edib. "Köhlən atlar" sonuncu dəfə 2015-ci ilin sentyabrın 17-də "dumanlı albion" təmsilçisinə qol vurmuşdu.

Həmin vaxt Avropa Liqasının qrup mərhələsinin birinci turunda "Qarabağ" "Tottenhem"in (1:3) qonağı olmuşdu. Görüşdəki yeganə qolu Riçard Almeyda vurmuşdu. 10 illik həsrətə isə Leandro Andrade "Çelsi" ilə oyunda son qoyub.

"Qarabağ" daha bir uğursuz seriyaya son qoyub. Qurban Qurbanovun yetirmələri İngiltərə klubları ilə duellərdə ilk dəfə məğlub olmayıb. Buna qədər baş tutan 7 görüşün hamısı ingilislərin qələbəsi ilə başa çatmışdı.

Chosen
233
1
publika.az

2Sources