EN

2025 ci ilin sözü açıqlandı “Vibe Coding” nə deməkdir?

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Süni intellektin sürətli yüksəlişi yalnız texnologiyanı deyil, dili də dəyişdirir. “Collins” lüğəti 2025-ci ilin “sözü” kimi “vibe coding” terminini seçib. Bu ifadə, proqramlaşdırma biliyi olmadan süni intellektə təlimat verərək proqram və ya vebsayt hazırlamaq prosesini təsvir edir.Bakupost.az xəbər verir ki, lüğətin açıqlamasına görə, “vibe coding” bu ilin ruhunu, texnoloji tendensiyalarını və dilindəki yeniləşməni ən çox əks etdirən anlayışdır. İki sözlü bu termin proqramçının kodu əl ilə yazmaq əvəzinə, süni intellektə “tapşırıqla proqram yazma” funksiyasını ötürməsi deməkdir və bu proqramlaşdırmanı xeyli sadələşdirir.Mənası ilk dəfə “OpenAI” şirkətinin həmtəsisçisi Andrey Karpatı bu ilin fevralında irəli sürüb. Onun sözlərinə görə, süni intellekt bəzi hallarda “proqramçının kodun varlığını belə unutduğu bir axın hissi” yaradır.Sadə dildə desək, istifadəçi süni intellektə “həftəlik yemək planımı tərtib edən bir tətbiq yarat” kimi göstəriş verdikdə, sistem bu tapşırığı kodlaşdıraraq işlək proqram halına gətirir. “The Independent” yazır ki, “vibe coding” üsulu proqramlaşdırma bilikləri olmayan şəxslərə də sadə tətbiqlər hazırlamaq imkanı verir. Bununla belə, bu texnologiya hələ tam etibarlı və səhvsiz sayılmır.Digər seçilən sözlər“Collins” lüğətinin qısal siyahısına 2025-ci ilin mədəni və sosial atmosferini əks etdirən bir sıra yeni anlayışlar da daxil edilib:• Clanker – “Ulduz müharibələri”ndə (“Star Wars”) robotları ifadə edən bu termin, “TikTok”da süni intellektlə işləyən cihazlarla bağlı narazılıqları əks etdirən paylaşımlarla yenidən populyarlaşıb.• Aura farming – İnsanların kamera qarşısında ədalı görünmək üçün bilərəkdən nümayiş etdirdiyi davranış forması.• Broligarxiya – Böyük texnoloji şirkətlərin sahiblərinin siyasi təsirini təsvir edən birləşmiş söz.• Biohacking – İnsan orqanizminin təbii proseslərinə müdaxilə edərək sağlamlıq və ömür uzunluğunu artırmaq təcrübəsi.• Coolcation – İsti bölgələr əvəzinə sərin iqlimli ölkələrdə istirahət etmə tendensiyası.• Glaze – Birini həddindən artıq tərifləmək və ya süni şəkildə cuşa gətirmək mənasında işlədilən termin.• Henry – Yüksək gəlirli, amma varlı olmayan insanları ifadə edən qısaltma.• Micro-retirement – Qısa müddətlik iş fasilələri verərək şəxsi maraqlara və istirahətə yönəlmə praktikası.• Taskmasking – İş mühitində məhsuldar görünmək üçün yaradılan davranış forması.Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
www.bakupost.az

1Sources