EN

11 ştat Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı

ABŞ-də 11 ştat və Kentukki qubernatoru Endi Beşir yerli idarələrin fövqəladə hallar və terrorla mübarizə fondlarına məhdudiyyətlər qoyduğuna görə Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Miçiqan, Oregon və Arizona da daxil olmaqla, əksəriyyəti Demokrat olan 11 ştat və Demokrat Kentukki qubernatoru Beşir Daxili Təhlükəsizlik Nazirliyi (DHS) və Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (FEMA) qarşı Oreqon ştatının Yucin şəhərindəki Federal Dairə Məhkəməsinə müraciət edib.

Ştatlar və Beşir fövqəladə hallar və terrorla mübarizə fondlarının xərclənməsi üçün ayrılan müddətin qısaldılmasına, həmçinin bu vəsaitləri ala bilmək üçün ştatların immiqrasiya qanunları əsasında ölkədən çıxarılan şəxslər istisna olmaqla yenilənmiş əhali məlumatlarını təqdim etmə öhdəliyinə etiraz ediblər. 

Şikayət ərizəsində bu addımların ictimai təhlükəsizlik və fövqəladə yardım fondlarına əsassız maneələr yaratdığı qeyd olunub.

“Tramp administrasiyası dəfələrlə FEMA-nın rolunu azaltmaq və fəlakət idarəçiliyinin yükünü ştatların üzərinə atmaq istəyini ifadə edib. Bu isə ziddiyyətli bir fəlakətə hazırlıq sistemi yaradır”, - iddia ərizəsində deyilir.

Chosen
22
operativmm.az

1Sources