Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun Kupyanskda mühasirə halqasından çıxmaq cəhdinin qarşısını alıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Ukrayna Silahlı Qüvvələrinin 116-cı mexanikləşdirilmiş briqadasının döyüşçüləri “qazan”dan çıxmağa çalışıblar. Həmçinin eyni istiqamətdə Ukrayna ordusunun üç bölməsi tərəfindən Kupyanskda mühasirəyə alınmış hissələri azad etmək cəhdi də uğursuzluqla nəticələnib.
Aytəkin TOFİQQIZI