EN

“Qarabağ”ın avrokuboklar statistikası -200 oyuna 250 qol

“Qarabağ” avrokuboklarda 200-cü oyununu keçirib və 250-ci qolunu vurub.

Peşəkar Futbol Liqasından Redaktor.az-a bildirilib ki, bu, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna təsadüf edib.

“Çelsi” ilə oyun Ağdam klubunun qitə kuboklarında ümumilikdə 200-cü matçı kimi tarixə düşüb. Qurban Qurbanovun yetirmələrinin bu qarşılaşmadakı ilk topu Avropa klub turnirlərində vurduğu 250-ci qol olub. Yubiley topuna Leandro Andrade imza atıb. İngiltərə təmsilçisi ilə matç 2:2 hesabı ilə başa çatıb.

“Qarabağ” Çempionlar Liqasında 67, Avropa Liqasında (əvvəl UEFA kuboku) 109, Konfrans Liqasında 16, Kuboklar kubokunda 4, İntertoto kubokunda 4 matça çıxıb. Klub Çempionlar Liqasında 105, Avropa Liqasında (əvvəl UEFA kuboku) 124, Konfrans Liqasında 19, Kuboklar kubokunda 1, İntertoto kubokunda 2 qol vurub. “Köhlən-atlar” bu qarşılaşmalarda 77 qələbə qazanıb, 47 heç-heçə edib cə 76 dəfə uduzub. 251 qol vuran komanda 261 top buraxıb.

Qeyd edək ki, “Qarabağ” avrokuboklarda 1996/1997-ci illər mövsümündə debüt edib. 1996-cı il avqustun 8-də “MüPA” ilə Bakıdakı qarşılaşmada qonaqlar qalib gəlib – 0:1. İlk qola isə Finlandiya təmsilçisi ilə 14 gün sonrakı matçda (1:1, əlavə vaxtda) Bəxtiyar Musayev imza atıb.

Chosen
20
50
redaktor.az

10Sources