EN

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan edilməsinin tarixi əhəmiyyəti var

6 noyabr 2025-ci il tarixdə YAP Samux rayon təşkilatında YAP Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş “Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin tarixi əhəmiyyəti var” mövzusunda   dəyirmi masa  keçirilib.

Dəyirmi masada əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanı  giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  Azərbaycan Konstitusiyasının tarixindən, onun dövlətimizin inkişafındakı rolundan, eləcə də ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb. Azərbaycanın müstəqilliyinin bərpa olunduqdan sonra ölkədə aparılan siyasi-hüquqi islahatlardan, demokratik cəmiyyət quruculuğundan, bu işlərin uğurla aparılmasında məhz mərhum prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş Konstitusiyamızın qəbulundan keçən 30 ildə ölkəmizin müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünya birliyinə inteqrasiyada mühüm uğurlar qazandığını qeyd edib.

Prezident İlham Əliyevin bu gün ölkəmizdə apardığı uğurlu islahatların qanunlarımızın aliliyinə söykənməklə ölkəmizin daha da çiçəklənməsinə, xalqımızın sosial-rifah halının yaxşılaşmasına xidmət etdiyini deyən G.Bayramov qanunlara hörmət, dövlətə sədaqət, Vətənə məhəbbətin hər bir azərbaycanlının həyat amalına çevrildiyinə əminlik ifadə edib.

Samux rayon  İcra Hakimiyyəti Başçısı aparatının müavini  Kəmalə Xəlilova, Samux rayon İcra Hakimiyyəti Başçısı Aparatının  Hüquq şöbəsinin məsləhətçisi Rafiq Sadıqov  “12 Noyabr Konstitusiya Günü”  haqqında ətraflı məlumat verərək 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd ediblər. Bildiriblər ki,  Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.

Daha sonra dəyirmi masada İnstitut qəsəbə  tam orta məktəbin müəllimi Dilarə Əsgərova, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Jalə Nəsibova və Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin müəllimi Nüranə Rüstəmova  çıxış  edərək  Prezident İlham Əliyevin  2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıdığını,  bu qərarın, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addım olduğunu qeyd ediblər.

Natiqlər respublikada son illərdə dövlət başçısı tərəfindən aparılan konstitusiya-hüquq islahatları nəticəsində ölkəmizin Əsas Qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının daha da təkmilləşərək, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına zəmin yaratdığını vurğulayıblar.

Chosen
14
1
yeniazerbaycan.com

2Sources