Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mətbuatamüsahibəsindəməlumat verib. O, 35 il ərzində ilk dəfə Rusiyadan Ermənistana taxıl yüklü qatarın gəlməsinə münasibət bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın Rusiyadan yükdaşımaya vasitəçiliyi bu tranzit yoluna qarşı maraq oyadıb:
"Ermənistana Azərbaycan vasitəsilə malların çatdırılması imkanını nəzərə alanda görürük ki, yük axınları yenidən bölüşdürülür. Bu baxımdan əks istiqamətdə, yəniErmənistandan Rusiyaya, Qazaxıstana və başqa ölkələrə yükdaşımaimkanlarını da araşdırmaq lazımdır".
Regionda dəmir yolu daşımalarının bərpasını əhəmiyyətli inkişaf kimi qiymətləndirən hökumət başçısı həmçinin vurğulayıb ki,İrəvan da, öz növbəsində, Azərbaycan və Türkiyə yükdaşımaları üçün tranzit rolunu oynamağa hazırdır.
Xatırladaq ki, ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Dünən axşam saatlarında isə Rusiyadan yollanan taxıl yüklü qatar Azərbaycan və Gürcüstanın ərazilərindən keçməklə Ermənistana çatıb. Bu, 35 ildən bəri Rusiyadan Ermənistana göndərilmiş ilk yük qatarıdır.
Firudin Həmidli
AzVision.az