EN

Azərbaycanda bu binalara tarixi abidə statusu veriləcək

Yazını böyüt
Yazını kiçilt

"Sovetski"də 50-dən artıq binaya tarixi abidə statusunun verilməsi nəzərdə tutulur".

Hafta.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib:

"Son illər ərzində Bakı şəhəri ərazisində insanyönümlü şəhərin yaradılması, müasirləşdirilməsi istiqamətində işlər görülür. Son bir neçə ay ərzində keçmiş "Sovetski" ərazisində regenerasiya layihəsi icra olunur".

İdarə rəisi bu işlərin icrası zamanı əsas məsələnin mədəni irsin qorunması olduğunu vurğulayıb:

"Bu hissə şəhərsalma baxımından çox böyük və əhəmiyyətli ərazidir. Burada heç bir halda mədəni irs nümunəsinin, tarixi abidənin sökülməsinə yol verilmir".

Chosen
6
3
hafta.az

4Sources