Rusiyada minlərlə sürücü rəsmi dilerdən təzə aldıqları “Hongqi” avtomobilini qeydiyyata saldıra bilmir.
Avtosfer.az xəbər verir ki, polis müfəttişləri avtomobilin VİN nomrəsinin həkk olunduğu metal lövhənin kustar üsulla yapışdırıldığını əsas gətirir və bunu qanun pozuntusu hesab edir. Avtomobil təkrar ekspertizaya göndərilir. ən ciddi problem Moskva və Peterburqdadır.
Rəsmi diler iddia edir ki, bütün maşınlar sertifikatlıdır və lövhələr standarta uyğun yapışdırılıb. Polis isə bildirir ki, ultrabənövşəyi şüalarla baxdıqda uyğunsuzluq aşkar olunur.

2025-ci ilin 9 ayı ərzində Rusiyada 3 mindən çox “Hongqi” satılıb. Ötən əsrin 60-cı illərindən istehsalına başlanan maşın Çinin “Rolls-Royce”u hesab edilir. “Hongqi” uzun müddətdir partiya liderlərinin və dövlər başçısının xidməti avtomobili qismində istifadə edilir.
Vüqar