EN

Futbolçuya çətir atdı, silah çəkdi – ANBAAN VİDEO

Türkiyədə İstanbulda seneqallı futbolçuya silahlı hücum olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Sarıyerdə ticarət mərkəzində baş verib.

Seneqal milli futbolçusu Papy Djilobodji ilə Abdullah A. adlı şəxs arasında mübahisə baş verib. Mübahisə zamanı Abdullah A. əvvəlcə futbolçuya tapança çəkib, sonra isə ona çətir atıb.

Vətəndaşların müdaxiləsi ilə tərəflər ayrılıb. Abdullah A. polis tərəfindən saxlanılıb.

Videonu təqdim edirik:

Chosen
35
nocomment.az

1Sources