EN

Futbolumuz tək “Qarabağ”dan ibarət deyil Deputat

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qarabağ" möcüzə yaradır. Azərbaycanda futbola olan münasibət "Qarabağ"ın timsalında xeyli canlanıb. Amma futbolumuz tək "Qarabağ"dan ibarət deyil axı”.Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, milli çempionat yüksək səviyyədə olmalıdır, futbol idarəçiliyi məsuliyyətli formada həyata keçirilməlidir:“Bunlar hamısı vacib şərtlərdir. Çox təəssüf ki, bu istiqamətdə klubları və aşağı yaş qruplarını dəstəkləmək ideyası həyata keçirilmir. "Qarabağ" necə indiki vəziyyətə gələ bildi? Çünki klub akademiyası yarada bildi, ən azından 5 xarici futbolçu gətirəndə, 15 nəfər də öz yetişdirdiyin uşaqlar olur. Cəfərquliyevi, Bəhlulu, Nərimanı yetişdirmək asan deyil ki. Ona görə məsələyə kompleks baxılmalıdır”.Cavidan Mirzəzadə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
92
demokrat.az

1Sources