EN

Tramp Venesuela məsələsindıə tərəddüd edir

xəbər verir ki, Ağ Ev administrasiyasındakı mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.

“Administrasiya daxilində aparılan müzakirələr bölgədə hərbi qüvvələrin artmasına və Trampın hücumlara başlamaqla bağlı ictimai təhdidlərinə baxmayaraq, Ağ Evdə Venesuelaya qarşı strategiyası dəyişkən olaraq qalır. ABŞ rəsmiləri Venesuela rəhbərliyinin gələcəyi ilə bağlı hətta əsas məsələlərin həll olunmadığını bildirirlər”,-qəzet yazır.

Vaşinqton “NYT”ni təkzib edir
Mənbələrin iddiasına görə, Tramp mümkün hərbi ssenarilərlə bağlı müşavirləri ilə məsləhətləşmələri davam etdirir. Ona təqdim olunan variantlar“artan iqtisadi təzyiqdən tutmuş Venesuela daxilində hərbi əməliyyatlara, o cümlədən hərbi və hökumət obyektlərinə mümkün hücumlara qədər” dəyişir.

- Ağ Ev rəhbəri ABŞ qüvvələrini regionda yavaş-yavaş gücləndirmək və Karib və Sakit Okean hövzəsində narkotik qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən gəmilərə zərbələri davam etdirmək siyasətinə üstünlük verir”,- ABŞ rəsmiləri nəşrə açıqlamalarında deyiblər.

Xatırladaq ki, daha əvvəl ABŞ administrasiyasının prezident Nikolas Maduronu devirmək məqsədi ilə Venesuelaya qarşı hərbi əməliyyat aparmaq üçün üç mümkün ssenarini nəzərdən keçirdiyi barədə xəbər yayılmışdı.

“The New York Times (NYT)” nəşrinin məlumatına görə,birinci variant Maduronun silahlı qüvvələrdə mövqelərini zəiflətmək üçün respublikanın hərbi obyektlərinə hava zərbələri endirməkdən ibarətdir.

İkincisi variantVenesuela liderini ələ keçirmək və ya məhv etmək üçün ABŞ Hərbi Dəniz qüvvələrinin (HDQ) bölmələrindən istifadə olunmasını nəzərdə tutur.

Üçüncü ssenariyəəsasən, Amerika qüvvələri hava limanları, neft yataqları və bir sıra digər infrastruktur obyektlərinə nəzarət etmək üçün Venesuelaya göndərilə bilər.

Lakin ABŞ prezidentinin xüsusi nümayəndəsi Riçard Qrenell “X” sosial şəbəkəsindəki paylaşımında qəzetin sözgüedən variantlar barədə yaydığı xəbəri təkizb edib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
24
1
azvision.az

2Sources