EN

Məşhur iÅŸ adamının qÉ™biristanlıqda meyidi tapıldı

Türkiyədə Yalovanın Altınova rayonunda bir müddətdir xəbər alınamayan 46 yaşlı iş adamı Rahman Olgun, atasının məzarının yerləşdiyi qəbiristanlıqda asılı vəziyyətdə ölü tapılıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 5 noyabr 2025-ci il, çərşənbə axşamı, Altınova şəhərində özündən xəbər alınamayan Rahman Olgun’un ailəsi, onu tapmaq üçün öz imkanları ilə axtarışa başladılar. Ailəsi, saat 20:35 radələrində, 46 yaşlı iş adamının atasının dəfn olunduğu qəbiristanlıqda hərəkətsiz şəkildə asıldığını gördü.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları, Rahman Olgun’un həyatını itirdiyini təsdiq etdilər.

Polis qüvvələri qəbiristanlıq ətrafında təhlükəsizlik tədbirləri görərkən, prokurorun araşdırmalarından sonra Olgun’un cəsədi Yalova Təhsil və Araşdırma Xəstəxanasının meyitxanasına aparılaraq, məhkəmə tibbi müayinəyə götürüldü.

Polis hadisə ilə bağlı genişmiqyaslı istintaq başladıb. Olgun’un ölüm səbəbi, aparılacaq meyit müayinəsi və kriminoloji araşdırmalar nəticəsində müəyyən olunacaq.

Chosen
32
manset.az

1Sources