EN

Aparıcı Zamirə Dadaşovanın 29 il əvvəlki arxiv görüntüləri

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Tanınmış aparıcı Zamirə Dadaşova arxiv görüntüləri ilə marağa səbəb olub.

BAKU.WS xəbər verir ki, o sosial şəbəkə hesabında illər əvvəl jurnalistikaya yeni gəldiyi vaxtlarda çəkilən foto və videolarını paylaşıb.

Aparıcı qeyd edib ki, görüntülər 29 il əvvələ aiddir:

"6 noyabr... Bu gün bəlkə də ən sevdiyim günlərdən birincisidir. Bu gün bəlkə də kecdiyim həyata bir də dönüb baxdığım gündür. Bu gün xoşbəxt günlərimi, kədərimi andığım bir gündür bəlkə də... Televiziya elə bir sahədir ki, məni illərini bu yolda keçirənlər anlayarlar. Sanki öz həyatının hər anını lentə alırsan. Heç bir idarə, müəssisədə işləyənlərdə inanmıram bu hiss olsun. İllər məndən çox şeyləri aldı. Televiziyaya ilk addımlarımı atanda uşaq idim. 18 yaşı tamam olmamış gənc qız... 29 il keçib... Və bu illər ərzində televiziya ilə bərabər mən də böyüdüm. Ailə qurdum, övladlarım oldu, doğmalarımı itirdim, təkliyin nə olduğunu anladım".

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
baku.ws

1Sources