EN

Qarabağdan beynəlxalq tribunaya: Azərbaycan bayrağı haqlı gücün simvoludur – ÖZƏL

"Üçrəngli Azərbaycan bayrağı - dövlət simvolumuz olmaqla yanaşı, Vətən torpağının ruhunun, ulusumuzun yaddaşının və gələcəyinin danışan dilidir. O, tarixin içindən, savaşların alovundan, istiqlalın səngərindən qalxıb bu gün müstəqil dövlətin qürur zirvəsində dalğalanır".

Bu sözləri 9 Noyabr - Dövlət Bayrağı Günü ilə bağlı Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. O bildirib ki, bayrağımızın bu gün dünyada verdiyi ismarıc çox aydındır: Azərbaycan bir coğrafi məkan olmaqla birgə, mənəvi və siyasi iradənin özüdür. O iradə ki, yüzillərin gərginliklərini yarıb qurtjluşa çıxıb, torpağını, haqqını, kimliyini qorumağı bacarıb.

"Zəfər savaşında yüksələn bayraq artıq yalnız Qarabağın dağlarında qalmayıb, beynəlxalq tribunaların ən uca məqamlarında da dalğalanır. O, indi BMT zalında da, Qoşulmama Hərəkatının baş qərargahında, Türk Dövlətləri Təşkilatının və üzvü olduğumuz başqa quruluşların bayraq sütunlarında, o cümlədən Avropa meydanlarında eyni məğrurluqla dalğalanır.
Bax, bu, təkcə diplomatik nüfuzu deyil - ədalətin və haqlı gücün tanınmasının ifadəsi - ifadəli təntənəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgəmizdə yeni nizamın formalaşmasında aparıcı dövlətə çevrilib. Məhz bu gerçəklik Azərbaycan bayrağının anlamına anlam qatıb: üçboyalı qutsal bayrağımız artıq bir bölgənin barış və ədalət simvoluna çevrilib," - deyə ekspert əlavə edib. 

Yazar qeyd edib ki, bu gün dünyada Azərbaycan bayrağına baxan hər kəs bir həqiqəti görür - ulus öz qurtuluşuna yiyə duranda, onun bayrağı təkcə küləklə deyil, tarixlə dalğalanır. 
Şəhidlər ölmədi, Vətən bölünmədi!

Bayrağımız daim uca olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
28
olaylar.az

1Sources